|
|
Ölkə üzrə “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək. Ahlibeyt.az-ın xəbərinə görə, Agentliyin məlumatında bildirilib ki, seminarlar ümumilikdə 11 regionu əhatə edəcək:
Seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar veriləcək.
Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir. Maarifləndirmə seminarlarında ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, abituriyentlər, onların valideynləri və müəllimlər iştirak edə bilərlər.
İştirak etmək istəyən vətəndaşlar Regional Məşğulluq filiallarına müraciət edə, 055-659-28-23 nömrəsi ilə əlaqə saxlaya və ya onlayn qaydada aşağıdakı müraciət formasını tamamlamaqla iştiraklarını təsdiqləyə bilərlər.
Müraciət forması: https://docs.google.com/forms/d/e/1FAIpQLSc8giBFV4I_-v_9HEv3XgtTlOgvk-ILHz6XMhW4h6KZvxVjdg/viewform
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2022 11:51 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |