|
|
Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətindən gəlibBu gün Həcc ziyarətindən gələn azərbaycanlı zəvvarların ilk qrupu Vətənə çatıblar. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, ilk reys Mədinə Beynəlxalq Hava Limanından yola düşüb və Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıb. İlk reysdə 180 zəvvar geri dönüb. Qeyd edək ki, bu gün ikinci reys Bakı vaxtı ilə 19:30-da yola düşəcək və 22:50-də Bakıya çatacaq. Həmin reysdə də 180 zəvvar geri dönəcək. İyulun 20-də də təyyarələr eyni saatlarda yola düşəcək. İlk reysdə 180, ikinci reysdə isə 130 zəvvar geri dönəcək. Xatırladaq ki, pandemiyadan sonra bu il ilk dəfə azərbaycanlı zəvvarlar iyunun 29, 30, iyulun 1 və 2-də Həcc ziyarətinə gediblər. Ümumilikdə 680 zəvvarın ziyarəti təşkil olunub. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanım, ən yaşlısı isə 1957-ci il təvəllüdlü kişidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2022 18:05 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |