|
|
Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edibMərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 19-da Şamaxı, İsmayıllı, Qobustan, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilib. Qəbuldan öncə Komitə sədri Mübariz Qurbanlı və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar bölgə şöbəsinə müvafiq göstərişlər verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2022 18:03 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |