|
|
“Hatəm Tayi” – yazılı dastan abidəsi” kitabı çapdan çıxıbAMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlunun “Hatəm Tayi – yazılı dastan abidəsi” (elmi-paleoqrafik, filoloji araşdırma və mətnin transfoneliterasiyası) kitabı çapdan çıxıb. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Əlyazmalar İnstitutunun məlumatında bildirilib. Kitabda müsəlman-şərq aləmində məşhur olan “Hatəm Tayi” dastanının Əlyazmalar İnstitutunda saxlanılan yeganə əlyazma nüsxəsilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunub. Qeyd edək ki, yeni nəşrin redaktoru aparıcı elmi işçi Arif Ramazanov, rəyçisi filologiya elmləri doktoru, professor Kamil Allahyarovdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2022 09:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |