|
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb“Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin 3 gün davam edən yarımfinal mərhələsi başa çatıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin bağlanış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara nümayiş etdirdikləri maraqlı mübarizə üçün təşəkkür edib. İşçi qrupunun rəhbəri kadr ehtiyatı məsələsinə də toxunub. O bildirib ki, “Yüksəliş” müsabiqəsi olaraq hədəf Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kadr potensialını inkişaf etdirmək siyasətini rəhbər tutaraq iştirakçıların qiymətləndirilməsi prosesində ən yeni metodologiyaları və dünya təcrübəsinə əsaslanan müasir yanaşmaları birləşdirərək ən ədalətli seçimi həyata keçirməkdir. Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsində 317 nəfər iştirakçı mübarizə aparıb. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların bacarıqları ekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilib. Namizədlərin bacarıqlarının qiymətləndirilməsi onlara verilən tapşırıqlara yanaşmanın təhlili üzrə aparılıb. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir. Müsabiqənin yarımfinal mərhələsinin nəticələri 3-5 iş günü ərzində açıqlanacaq. Bu mərhələni uğurla keçən 100-ə yaxın iştirakçı final mərhələsinə keçid haqqı qazanacaq. Qeyd edək ki, müsabiqənin final mərhələsinin iyul 15-17-də baş tutması gözlənilir. Fevralın 17-də qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 12 min 299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir. "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2022 08:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |