|
Abituriyentlər üçün 8 iyul tarixində “İxtisas bələdçisi” forumu keçiriləcəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İxtisas bələdçisi” forumu keçiriləcək.
Ahlibeyt.az-ın xəbərinə görə, Agentliyin məlumatında bildirilir ki, 8 iyul 2022-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq Forumda ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, abituriyentlərin kodlaşdırma zamanı diqqətli davranmalı olduğu məqamlar, prosesin psixoloji aspektləri və 5(beş) ixtisas qrupuna daxil olan əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumatlar paylaşılacaq.
Forumda abituriyentlərlə yanaşı, 9-11-ci sinif ümumi orta məktəb şagirdləri və onların valideynləri iştirak edə bilərlər.
Forumun karyera planlaması və ixtisas qrupları üzrə mütəxəssislərin çıxışlarından ibarət panellərində müzakirələr aparılacaq.
Eyni zamanda, forum iştirakçıları Dövlət İqtisad Universitetinin inzibati binası ilə tanışlıq və tədris üsulları haqqında ümumi məlumatlandırma fürsəti əldə edəcəklər.
Forumun keçirilməsində əsas məqsəd iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentləri düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.
Forumda iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq tələb olunur.
Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.
Qeydiyyat linki: shorturl.at/msJQY
Son müraciət tarixi: 5 iyul 2022-ci il
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyun, 2022 08:29 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |