إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bütün işləri Allahın adı ilə başlamaq

İmam Əli (ə) buyurmuşdur:

كُلُّ امْرٍ ذى بالٍ لَمْ يُذْكَرْ فيهِ اسْمُ اللَّهِ فَهُوَ ابْتَرُ

“Allahın adı ilə başlanılmayan hər bir mühüm iş sona çatmaz.”

(“Biharul-ənvar”, 73-cü cild, səh. 305 və 89-cu cild, səh. 242)

Şərh

Allahın adı və yad edilməsi (zikri) insanın bütün işləri və sözlərində böyük təsirə malikdir. Ondan qəflət isə mənfi nəticələrlə sonuclanır. Bu hədisdə hər bir işin başlanğıcında Allahın adının çəkilməsi tövsiyə edilir.

Aydındır ki, Allahın adının çəkilməsi və hər bir işin Onun adı və zikri (yad edilməsi) ilə başlanılmasında yalnız “Bismillah” demək yox, əksinə Allahın bizim işlərimiz və əməllərimizdə hazır olması nəzərdə tutulur. Buna görə də oxşar hədislərin əksinə olaraq, bu hədisdə “ləm yubdə`”  ifadəsinin yerinə “ləm yuzkər” ifadəsi qeyd edilir. Bu da göstərir ki, həm işin başlanğıcında, həm də onun davamında Allahın adı və yadı lazımdır.

Allahı necə yad edək?

Allahı – varlıq aləminin Xaliqini yad etməyin müxtəlif növləri var. Onun ən üstün növü insanın özünün asılı varlıq olduğu və hətta bir an belə Allaha güvənmədən öz həyatına davam edə bilməyəcəyi haqda düşünməsidir.

Biz insanların, hətta bütün dünya varlıqlarının AllahTaaladan asılılığı çırağın enerji mənbəyindən asılılığını xatırlayır ki, həm başlanğıcda, həm də davamlı olmasında ona möhtacdır. Allahı yad etməkdə bu mərhələyə yüksələn və ondan qəflət etməyən insan fərqlənər, Allahdan başqasına güvənməz və heç zaman günaha qurşanmaz. Çünki belə bir insan özünü həmişə Allahın hüzurunda görür, bütün nemətləri, başqa sözlə, bütün varlığını Onun tərəfindən bilir. Məlumdur ki, belə bir insan heç vaxt günaha düşməz.

İnsan Allahdan qafil olduqda günaha düşür. Həmişə və hər an Allahı yad edən insan isə günahdan uzaq olar.

İmam Əli (ə) və ibrət dərsləri

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyun, 2022  17:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!