إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün sənəd qəbulunun vaxtı uzadılıb

2022-2026-cı illər üçün Dövlət Proqramı üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Ahlibeyt.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbuluna son müraciət tarixi 15 iyul 2022-ci il saat 23:59-dək uzadılıb.

Müvafiq elan mətni ilə bu keçiddən tanış olmaq olar.

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2022  10:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!