|
|
İkitərəfli saziş Rusiya KİV-ində Ermənistanın antiazərbaycan siyasəti üçün ciddi problem yaradacaqİkitərəfli saziş Rusiya KİV-ində Ermənistanın antiazərbaycan siyasəti üçün ciddi problem yaradacaq. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişdə dövlətlərin suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulmasına qarşı yönəlmiş hərəkətlərin qarşılıqlı koordinasiyası; informasiya infrastrukturunun mühüm obyektlərinə kompüter hücumlarının qarşısının alınması, terrorizmin və terrorçu məqsədlərin təbliğinin, dövlətin daxili işlərinə qarışmağın və ictimai asayışın pozulmasının, milli, irqi və dini ayrı-seçkiliyin qızışdırılmasının, irqçiliyin, ksenofobiyanın, separatizmin və ekstremizmin, nifrət və ayrı-seçkilik, zorakılığa və qeyri-sabitlik təbliğinin qarşısının alınması, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələr doğurmuş vəziyyətlər haqqında mötəbər məlumatlar adı ilə açıq-aşkar yalan məlumatların yayılmasının yolverilməzliyi və s. nəzərdə tutulur. Bu Sazişin imzalanması təhlükəsizliyin və sabitliyin dəstəklənməsi, suverenliyə, ərazi bütövlüyünə, təhlükəsizliyə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, mübahisələrin və münaqişələrin dinc yolla nizamlanması, güc və hədə tətbiq edilməməsi, bir-birinin daxili işlərinə qarışmamaq, insan haqlarına və əsas azadlıqlara riayət edilməsi məqsədlərindən irəli gəlib. Saziş, öz növbəsində, informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə separatizmə, ekstremizmə qarşı mübarizə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq üçün zəmin olacaq. Qarabağda nizamlanmış münaqişə, regionda sülhün və sabitliyin bərqərar olması ilə əlaqədar Rusiya KİV-lərində yer alan qərəzli informasiyaların qarşısının alınması baxımından bu Saziş Azərbaycan üçün böyük aktuallıq kəsb edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2022 10:00 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |