|
|
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edirMədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir. Ahlibeyt.az-ın xəbərinə görə, Nazirliyin məlumatında bildirilir ki, müsabiqənin məqsədi Qarabağın qədim tarixini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir. Müsabiqənin qəbul şərtləri: Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər. Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər. İştirakçının yaş məhdudiyyəti yoxdur. Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə) Videoçarxların müddət 30 saniyə - 5 dəqiqə həcmində olmalıdır. Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır. Tələb olunan sənədlər: Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti; Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə) Sənədlərin qəbulu 1 iyul – 31 oktyabr 2022-ci il tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) musabiqe@azerbaijanfilm.az poçt ünvanı vasitəsilə aparılır. Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq. Müsabiqənin qaliblərinin adları 2022-ci il noyabr ayının 7-dək Nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az / www.azerbaijanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq. Əlavə məlumat üçün: Telefon: (012) 430-87-84 / 85; Həftənin iş günləri saat 10:00-17:00-dək; E-poçt: musabiqe@azerbaijanfilm.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2022 16:20 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |