|
|
ATƏT-in Minsk qrupu öz mövcudluğunu dayandırıb - LavrovBu gün biz danışıqlarda prinsipcə, ATƏT-in Minsk qrupunu müzakirə etmədik. Çünki Minsk qrupu öz fəaliyyətini dayandırıb. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. O, Minsk qrupunun fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırdığını qeyd edib: “Lakin biz postmünaqişə nizamlanması prosesini əlbəttə ki, müzakirə etdik. Bu yeni prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üç üçtərəfli bəyanatıdır. 2020-ci ilin sentyabr, oktyabr aylarından sonra münaqişənin nizamlanması ilə bağlı həmin dövrə qədər işlənib hazırlanan sənədlər artıq necə deyərlər arxada qoyduq. Bu, obyektiv reallıqdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üç bəyanatı hamı tərəfindən yerdə qalan məsələlərin həlli istiqamətində hərəkət etmək üçün əsas kimi tanınır. Ona görə, biz bu mövqedən çıxış edirik. Başa düşdüyüm kimi, bu reallığı bizim avropalı qonşularımız da qəbul edir, hansı ki, Avropa İttifaqının səylərini yerdə qalan tapşırıqların həllinə daxil etməyə çalışır. Lakin onların hamısı qəbul edir ki, bu tapşırıqlar mənim xatırlatdığım üç üçtərəfli sənəddə qeyd olunub, hansı ki, həmin sənədlər heç bir şəkildə Minsk qrupunun fəaliyyəti ilə, yekun məqsəd istisna olmaqla, həmin qrupun indiyə kimi gördüyü işlərlə bağlı deyil. Yekun məqsəd isə Qarabağı əhatə edən rayonların azad olunması və Qarabağın və onun əhalisinin həyat fəaliyyəti məsələlərini həll etmək idi”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2022 14:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |