إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məcburi köçkünlərə öz evlərini tikməyə icazə verilib-verilməyəcəyi açıqlanıb - Açıqlama

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərə qayıdaraq özləri ev tikmək istəyən məcburi köçkünlərlə bağlı məsələyə münasibət bildirib.

Ahlibeyt.az-ın məlumatına görə, Prezidentin xüsusi nümayəndəsi APA-ya müsahibəsində bildirib ki, həmin şəxslərə evlərini bərpa etməsi, yaxud Baş plana, müfəssəl plana uyğun özlərinə ev tikməsi üçün şərait yaradılması nəzərdə tutulur.

“Belə plan var. Bu istiqamətdə müzakirə gedir”,- deyə Emin Hüseynov qeyd edib.

Emin Hüseynov deyib ki, bizdə özəlləşdirmə prosesi və özəlləşdirmə haqqında qanunlar işğaldan sonra həyata keçirildi və faktiki olaraq o bölgələrdən köçkün düşmüş soydaşlarımızın əlində mülkiyyət sənədləri yoxdur. Amma onların mənəvi hüquqları var. Dövlət keçmiş məcburi köçkün soydaşlarımızın həm mülkiyyət hüququnun, həm də pay torpağı hüququnun təmin olunması ilə bağlı öhdəliyini yerinə yetirəcək. Sadəcə, bunun mexanizmlərinin necə olacağı, nə zaman baş verəcəyi ilə bağlı hazırda müzakirələr gedir. Zamanı gələndə bununla bağlı xüsusi təkliflər, təşəbbüslər müzakirə olunacaq və nəticə geniş ictimaiyyətə də təqdim ediləcək”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2022  10:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!