|
|
Nizami Kino Mərkəzində “Torpaq” sənədli filminin təqdimatı olubİyunun 14-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə “Salnaməfilm” studiyasında istehsal olunan “Torpaq” sənədli filminin təqdimatı olub. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, rejissoru və ssenari müəllifi Ayaz Salayev olan ekran əsəri 1988-ci ildə azərbaycanlıların öz dədə-baba yurdu – Qərbi Azərbaycandan qovulmasından bəhs edir. Filmin təqdimatından əvvəl Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov çıxış edərək ekran əsərini ərsəyə gəlmə səbəbindən, onun əhatə etdiyi mövzunun tarixi əhəmiyyətindən söz açıb. Deputat vurğulayıb ki, filmin təqdimatının Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi təsadüfi deyil, çünki ulu öndər Heydər Əliyev xalqımızın deportasiya və soyqırımlarına tarixi-siyasi qiymətin banisidir. Rejissor Ayaz Salayevin 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqın soydaşlarımız haqqında çəkdiyi bir saatlıq bu sənədli film hadisələrin canlı şahidlərinin müsahibələri əsasında ekranlaşdırılmış film-səlnamədir. O əlavə edib ki, “Torpaq” filmi bizim tarixi torpaqlarımızı heç vaxt unutmadığımızın növbəti sübutudur. Düşmən də bilməlidir ki, Zəngəzur, Göyçə, İrəvan və digər mahallarımız tarixi Azərbaycan torpaqlarıdır. Rejissor Ayaz Salayev filmin ideyasının hələ Vətən müharibəsindən əvvəl yarandığını qeyd edib. Bildirib ki, filmin məsləhətçisi Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərovdur. A.Salayev deyib: “Bu film insanların qəlbinə, ruhuna toxunan bir tarixin lentə köçürülmüş halıdır. Əslində Qarabağ məsələsinin birinci qolu 2020-ci ildəki şanlı Zəfərimizlə həll yoluna qədəm qoydu. Problemin ikinci qolu isə Qərbi Azərbaycanla bağlıdır. Prezident İlham Əliyev də daim çıxışlarında Zəngəzurun bizim dədə-baba torpaqlarımız olduğunu dilə gətirir”. Sonra ekran əsəri təqdim olunub. Qeyd edək ki, ekran əsərinin operatoru Rəşad Nuriyev, musiqi müəllifi Azər Əsgərov, montaj rejissoru Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2022 09:38 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |