|
|
Bakıda Qoşulmama Hərəkatının gənclər qolunun sammiti keçiriləcəkBMT Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Ahlibeyt.az-ın Realtv-yə istinadən bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid ADA Universitetində Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin üzvləri ilə interaktiv müzakirələr çərçivəsində jurnalistlərə açıqlamsında deyib: “Azərbaycan çoxtərəfliliyə sadiqdir, ölkə BMT-yə üzv olduğu son 30 ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, həmçinin İqtisadi və Sosial Şuraya üzv seçilib. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan pandemiya dövründə təşəbbüslərlə çıxış edib. Bu gün Azərbaycanda olmağıma, burda gördüyüm inkişafa şadam. Xarici işlər naziri, Milli Məclisin sədri və rəhbərlik tərəfindən qəbul olunmağıma, keçirdiyim görüşlərə görə də şadam. Azərbaycan xalqına regionda sülh və sadiqliyə göstərdiyi töhfəyə görə təşəkkür edirəm”. RELA TV-nin Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı sualını cavablandıran Baş Assmbleyanın prezidenti regionda təhlükəsizliyin təmin olunması baxımından tezliklə sülh sazişinin bağlanması üçün edilən cəhdlərin əhəmiyyətini vurğulayıb: “BMT hər zaman Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllini təbliğ və təşviq edib. Mən hər iki tərəfin, Ermənistan və Azərbaycanın məsələnin sülh yolu ilə həlli istiqamətində inkişaf etməkdə olan təmaslarından təsirləndim”. Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin üzvləri ilə interaktiv müzakirələr çıxış edən xarici işlər nazirnin müavini Elnur Məmmədov vurğulayıb ki, gənclər qlobal inkişaf hədəflərinə nail olunmasında vacib rol oynayır və onların üçün elm, təhsil və başqa sahələrdə gənclərə əlverişli imkanların yaradılması vacib məsələlərdəndir: “Dünyanın hər yerində gənclər ölkələrinin ictimai həyatlarında fəal iştirak edirlər. Gələcək gənclərindir. Onlar öz bacarıqları və çalışqanlıqları ilə dövlətimizin inkişafına böyük töhfələr verirlər. Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi fəaliyyət göstərir və bu qurum vasitəsilə dünyanın hər yerindən gənclərlə ünsiyyət yaradılır. Bu ilin iyulunda Gənclər Şəbəkəsinin sammiti keçiriləcək”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2022 09:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |