|
|
“Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda müzakirə aparılıbİyunun 13-də Azərbaycan Respublikası Milli Məclisi, Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə “Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda konfrans keçirilib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Aİİ rektoru Aqil Şirinov müasir Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulmasının və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib: “Bu sahədə ulu öndər Heydər Əliyevin yaratdığı müdrik siyasi-mənəvi xətt Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir, Azərbaycan bütün sahələrdə olduğu kimi din sahəsində də nümunəvi ölkəyə çevrilib”. Tədbirdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2022 14:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |