|
Ailə-nikah münasibətlərinin inkişafı ilə bağlı ictimai müzakirə keçirilibİyunun 10-da Ədliyyə Nazirliyi tərəfindən Ombudsman Aparatı ilə birgə “Ailə-nikah münasibətlərinin Ailə-nikah münasibətlərinin inkişafı ilə bağlı ictimai müzakirə keçirilib inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.
Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, 18 İyun – İnsan hüquqları günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova açılış nitqi ilə çıxış ediblər. Sonra tədbir “İnsan hüquq və azadlıqlarının qorunmasında ailə seqmenti” və “Ailə münasibətlərinin inkişaf perspektivləri” adlı panel sessiyalarla davam edib. Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovanın moderatorluğu ilə keçən birinci paneldə ailə institutunun qorunmasında ədliyyə xidmətlərinin rolu, ailə münasibətlərində hüquq bərabərliyinin təmin olunması, psixoloq dəstəyi, ailə mübahisələri üzrə məhkəmə təcrübəsi mövzularında çıxışlar edilir. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının moderatorluğu ilə keçirilən “Ailə münasibətlərinin inkişaf perspektivləri” adlı ikinci paneldə ailə mübahisələrinin məhkəmədən kənar həlli, bu sahədə icra işlərinin xüsusiyyətləri, nikah pozulmasının qeydiyyatı və mediasiya mövzuları üzrə çıxışlar edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2022 13:36 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |