|
Müdafiə Naziri Kəlbəcər və Laçın rayonlarında olub VİDEOMüdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb. Ahlibeyt.az-ın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, müdafiə naziri Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə yataqxana və xidməti otaqlar fasiləsiz istilik sistemi ilə təmin edilib, silah və texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub. Hərbi qulluqçuların ərzaq və isti geyimlə təminatı normaya uyğun şəkildə icra edilib. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb. Qeyd olunub ki, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək mürəkkəb və soyuq iqlim şəraitində istismar olunması üçün hazır vəziyyətə gətirilib. Sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlərin həyata keçirildiyi barədə müdafiə nazirinə məlumat verilib. Məruzə edilib ki, şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması məqsədilə hər növ mebel və inventarla təmin olunmuş yeni modul tipli konteynerlərdən ibarət yaşayış məntəqələrinin quraşdırılması işləri sürətlə davam etdirilir. Bundan başqa digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə Mühəndis Qoşunlarının bölmələri tərəfindən çətin relyefli ərazilərdə hərəkət yollarının inşa edilməsi və bərpa olunması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib. Müdafiə naziri Azərbaycan Ordusunda şəxsi heyətin təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, yaşayış məntəqələrinin inşa edilməsi üzrə görülən işlərin sürətləndirilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Oktyabr, 2021 10:00 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |