|
|
“Müəllimin cəbhə gündəliyi” layihəsinə start verilirBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və AzEduAz Təhsil Portalı tərəfindən I Qarabağ və Vətən müharibələri iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsinə start verilir. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi Vətən yolunda hər cür fədakarlığa hazır olan, torpaqlarımızın etibarlı müdafiəsi üçün şagirdlərini vətənpərvər ruhda yetişdirməyi qarşısına məqsəd qoyan, təkcə sinif otağında deyil, eyni zamanda, cəbhədə vətənpərvərlik dərsi keçməyi bacaran, I Qarabağ və Vətən müharibələrində iştirak etmiş müəllimləri geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir. Layihə çərçivəsində I Qarabağ və Vətən müharibələrində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışacaqlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2021 16:10 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |