|
Ermənistanın dinc sakinləri qətlə yetirməsinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib - Ombudsman
Ombudsman Ermənistanın Gəncəni ikinci dəfə atəşə tutmasının ildönümü ilə bağlı bəyanat verib.Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanatında deyilir.
Bəyanatda bildirilir: "11 oktyabr 2020-ci il tarixində gecə saat 02 radələrində Ermənistan silahlı qüvvələri ikinci dəfə Azərbaycanın hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş, hədəfi seçə bilməyən silahlardan hesab edilən “Scud-B” ballistik raket sistemindən istifadə edərək Ermənistan ərazisindən atəşə tutmuşdur. Nəticədə uşaq, qadın, ahıllar da daxil olmaqla, onlarla insan həlak olmuş və yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də IV Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozmuşdur. Ombudsman olaraq, Gəncə şəhərinin mülki obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşə məruz qalması, çoxsaylı insan tələfatı, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktları ilə bağlı dərhal nüfuzlu beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət ünvanlanmışam. Eyni zamanda, tərəfimdən Gəncə şəhərində növbəti faktaraşdırıcı missiya həyata keçirilmiş, Ermənistanın növbəti hərbi hücumu zamanı həlak olmuş, yaralanmış, dağıntılardan zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarına dair faktlar yerində araşdırılmış və müvafiq hesabat beynəlxalq təşkilatlara təqdim edilmişdir. Beynəlxalq təşkilatlara ünvanlandığımız etiraz bəyanatlarında və faktaraşdırıcı missiya hesabatlarında təkzibolunmaz sübutlar əks olunmuşdur. Buna baxmayaraq, hərbi əməliyyatlar zamanı törədilmiş bu kimi insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına hələ də beynəlxalq hüquqi qiymət verilməmişdir. Gəncə şəhərinin ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin birinci ildönümü ilə əlaqədar bir daha beynəlxalq ictimaiyyətə səslənir, beynəlxalq humanitar hüquququn norma və prinsiplərinin Ermənistan tərəfindən kobud şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymətin verilməsinə və bu cinayət əməllərinə görə məsuliyyət daşıyan Ermənistan hərbi-siyasi rəhbərliyinə qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırıram".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2021 10:28 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |