إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gündən ali məktəblərə elektron qeydiyyat başlayır

Bu gündən ali təhsilin bakalavriat səviyyəsinə ixtisas seçimində uğur qazanmış şəxslərin elektron qaydada təhsil müəssisələrinə qeydiyyatına start verilir.

Ahlibeyt.az-ın xəbərinə görə, müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin sosial güzəşt üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.

Qeydiyyat prosesi ilə bağlı məlumatla aşağıdakı videotəlimatdan tanış ola bilərsiniz.

Qeyd edək ki, portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.

Qeydiyyat prosesi 19 sentyabr 23.59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bundan başqa, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-5 (həftəiçi 5 gün), eləcə də (+994) 51 206 78 48 “Whatsapp” nömrəsi üzərindən müraciət etmək mümkündür.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2021  10:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!