|
Misir sammitində Fələstin probleminin həlli məsələsi müzakirə olunubMisir Prezidenti Əbdülfəttah əl-Sisi, İordaniya Kralı II Abdulla və Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın iştirakı illə Qahirədə keçirilən sammitdə Fələstin probleminin həlli məsələsi müzakirə olunub. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, İordaniya kralı İkinci Abdullah Qahirədə keçirilən zirvə toplantısında qeyd edib ki, ki, iki dövlətin təsisi prinsipinə əsasən Fələstin məsələsi ədalətli həll yolunu tapmasa bölgədə təhlükəsizlik bərqərar olmayacaq. İkinci Abdullah Fələstin məsələsinin həllinin bölgə üçün ən vacib addım olduğunu bildirib: “Bu vəziyyət belə davam edə bilməz. İki dövlətin təsisi prinsipinə əsasən Fələstin məsələsi ədalətli və hərtərəfli həllini tapmasa bölgədə təhlükəsizlik bərqərar olmayacaq”, deyə İkinci Abdullah 1967-ci ilin sərhədlərinə uyğun, paytaxtı Şərqi-Qüds olmaqla Fələstin dövlətinin yaradılmasının vacib addım olduğunu vurğulayıb. Sammit iştirakçıları qeyd ediblər ki, ilk növbədə, Qəzza sektorunda dayanıqlı sülhə nail olunmalı, bu anklavda bərpa işləri aparılmalı, Fələstin xalqının müstəqil dövlət arzuları həyata keçməlidir. Qeyd edək ki, 2002-ci ildə əksər Ərəb dövlətlərinin irəli sürdüyü təşəbbüsə əsasən 1967-ci ilin sərhədləri əsasında iki dövlətin təsisi təşəbbüsü irəli sürülüb. Bu təşəbbüsə əsasən paytaxtı Şərqi-Qüds olmaqla Fələstin dövlətinin təsis edilməsi şərtilə Ərəb dövlətləri İsraili rəsmən tanıyacaqlarını və onunla münasibətləri normallaşdıracaqlarını bildiriblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2021 10:11 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |