|
|
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulubErmənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-si saat 18:58-dən 23:53-dək Basarkeçər rayonunun Yuxarı Zağalı, Güney, Yuxarı Şorca, Berd rayonunun Yuxarı Mehrab yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb. Bundan əlavə avqustun 20-si saat 20:37-dən avqustun 21-i saat 01:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunun Çağadüz kəndi və Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2021 11:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |