|
|
Fələstin rəsmisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə müzakirələr aparacaqFələstinin baş naziri Məhəmməd İbrahim Ştayyeh Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə videokonfrans formatında görüşərək, Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcək. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə "Report"a Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov xəbər verib. Qeyd edilir ki, görüş yaxın günlərdə baş tutacaq. Mərkəzin həmsədrləri - Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga və Dünya Bankının sabiq vitse-prezidenti Dr.İsmail Serageldin, o cümlədən Ərəb Liqasının sabiq baş katibi və Misirin sabiq xarici işlər naziri Amre Musa, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Rumıniyanın baş nazirinin sabiq müavini Ana Birçall, Bosniya və Herseqovinanın sabiq baş naziri, xarici işlər naziri Zlatko Lagumdzija və digər nüfuzlu üzvləri qatılacaq. Layihə Fələstinin Azərbaycandakı səfirliyi ilə birgə hazırlanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2021 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |