|
|
“Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda vebinar təşkil edilibTəhsil İnstitutu işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə həyata keçirdiyi fəaliyyətlər çərçivəsində “Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda vebinar təşkil edib. Ahlibeyt.az-ın xəbərinə görə,İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova çıxış edib. N.Əhmədova 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərimizdəki Qafqaz Albaniyası mədəni irsindən, Qafqaz Albaniyası tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb. O, çıxışında antik qaynaqlarda Albaniya adı, son dövrlərdə aparılan elmi-tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olmasının sübutu, Qafqaz Albaniyasının Azərbaycan tarixində yeri, əhalisi, alban xalqının etnogenezi və Qafqaz Albaniyasının ərazisinə iddialar kimi mövzulara toxunub. İşğaldan azad olunmuş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırmanın, təbliğat və təşviqat, maarifləndirmə işlərinin həyata keçirilməsi məqsədilə vebinarlar davam edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2021 15:38 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |