إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu il dinşünaslıq ekpertizasından keçirilən dini məzmunlu ədəbiyyatın sayı açıqlanıb

Avqustun 5-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib.

Ahlibeyt.az-ın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, 2021-ci ilin I yarısında görülmüş işlər və ölkədəki mövcud dini durum barədə Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə hesabatla çıxış edib:

Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesinin davam etdirildiyini və hesabat dövründə 15 dini icmanın dövlət qeydiyyatından keçirildiyini, bununla da dövlət qeydiyyatına alınmış dini qurumların sayının 970-ə çatdığını deyib.


Vurğulayıb ki, 2021-ci ilin ilk 6 ayında Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutalan 2762 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekpertizasından keçirilib, nəşr olunmaq məqsədilə təqdim edilmiş 133 adda dini ədəbiyyata baxılıb, 238 adda dini təyinatlı ədəbiyyata 337 min 870 ədəd nəzarət markaları verilib.

C.Əlifzadə hesabat dövrü ərzində Komitə tərəfindən ölkədəki dövlət-din münasibətlərinin tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd zərərli təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə tədbirlər keçirildiyini bildirib.


Mərkəzi və yerli icra hakimiyyəti orqanları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QMİ, müxtəlif dini konfessiyalara mənsub qurumlar, QHT-lər, şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri, Mədəniyyət, o cümlədən Gənclər və İdman Nazirliklərinin yerli strukturları, Ombudsman Aparatının regional mərkəzləri, Yeni Azərbaycan Partiyası, hüquq mühafizə orqanları və digər təşkilatlarla ümumilikdə 260-dan artıq onlayn formatda tədbir keçirildiyini diqqətə çatdırıb.




 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2021  10:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!