|
|
İranın Ali Rəhbəri yeni seçilən prezident İbrahim Rəisinin prezidentlik mandatını təsdiqləyibİran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi yeni seçilən prezident Seyid İbrahim Rəisinin prezidentlik mandatını təsdiqləyib. Ahlibeyt.az-ın İran mediasına istinadən məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ali Rəhbər yeni hökumət tez bir zamanda formalaşmasını və ölkədəki problemlərin həllini süərətləndirməsini bildirib. Nəzərə çatdırılıb ki, yeni hökumət istehsalı artırmalı, xarici təsirləri azaltmalı və xalqın firavan yaşayışını təmin etməlidir. Mərasimdə iyunun 18-də seçilən prezident İ. Rəisi də çıxış edib. O bildirib ki, yeni hökumətin prioritet vəzifəsi korrupsiyaya qarşı mübarizə olacaq. Xalq bu seçkilərdə iştirak etməklə ölkədəki problemlərin həllini tələb edir və biz bu problemləri həll etməliyik. Bildirilib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində daha səmərəli iş aparılacaq. Sonra Ali Rəhbər prezidentlik mandatını İ. Rəisiyə təqdim edib. Tədbirdə İran ictimaiyyətinin nümayəndələri və hökumət üzvləri iştirak ediblər. Avqustun 5-də yeni prezident İbrahim Rəisinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 73 ölkədən 115 nümayəndənin iştirak edəcəyi gözlənilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2021 10:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |