|
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi açıqlanıbİyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin imzaladığı Bakı Bəyannaməsi açıqlanıb. Ahlibeyt.az-ın APA-ya məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər arasında imzalanan Bəyannamədə bildirilir: “Parlament sədrləri - Azərbaycan Pakistan və Türkiyə arasında qardaşlıq, tarix və mədəni əlaqələri, qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirməyin lazımlılığını qəbul edərək; - Dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qəbul edərək; - Azərbaycan, Pakistan və Türkiyənin bölgələrindəki sülhü, sabitliyi və inkişafı inşa və inkişaf etdirməkdə oynadıqları önəmli rolları və faydalarını vurğulayaraq; - Öz bölgələrində sabitlik, təhlükəsizlik və rifahı təmin etmək üçün Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli iş birliyinin strateji önəmini qeyd edərək; - Xarici dəstəkli terror təhdidi daxil, ancaq bunlarla məhdudlaşmamaqla, kiber hücumlar, hibrid savaş formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman toplumların barış içində bir arada yaşamasına təmin edən, artan islamafobiya tendensiyası kimi ölkələrin qarşı-qarşıya olduğu saysız çətinlik və ortaya çıxan təhdidlərin fərqində olaraq; - Beynəlxalq hüququn prinsip və normalarına, ayrıca ölkələrimizin tərəf olduğu beynəlxalq anlaşmalar və digər beynəlxalq sənədlərdəki öhdəliklərimizə olan bağlılığımızı əməkdaşlığın möhkəmləndirilməsi üçün yenidən vurğulayaraq; - COVID-19 pandemiyasının iqtisadi inkişafla bağlı dünya miqyasındakı təsirlərinin fərqində olaraq; - Ermənistanın 30 ilə yaxın sürməkdə olan işğalının ardından ərazi bütövlüyünü yenidən təmin edən Azərbaycan hökumətini və xalqını təbrik edərək; - Azərbaycan-Pakistan-Türkiyə üçlü Parlament Sədrlərinin Birinci Görüşünə ev sahibliyindən ötrü Azərbaycan Milli Məclisinə təşəkkürlərini çatdıraraq ; - Azərbaycan, Pakistan və Türkiyənin qardaş xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığı inkişaf etdirməyə yönəlik qərarlılıqlarını bəyan etdilər; - Mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrini təşviq etmək məsələsində qərarlılıqlarını təyin etdilər; - Beynəlxalq problemlərin həllində və dünyada barış və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentlər əlaqələrinin rolunu vurğuladılar: - Konstruktiv bir dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma təqdim etmək səylərində beynəlxalq təşkilatları, xüsusən də parlament assambleyalarında dəstəklədiklərini ifadə etdilər: - qadın parlamentarilərin qərar qəbul etmə prosesindəki rol və məsuliyyətlərinin artırılmasına yönəlik səyləri və atılan addımları dəstəklədiklərini bildirdilər; - Qarşılıqlı mənfəətlərin olduğu bölgə və qlobal məsələlərdə yaxın çalışmağa hazır olduqlarını və beynəlxalq qarşılıqlı mənfəətlərin ön plana çıxdığı regional və qlobal məsələlərdə yaxından fəaliyyət göstərməyə hazır olduqlarını və beynəlxalq parlament strukturl; - Bölgə və beynəlxalq parlament platformalarında islamafobiya, ayrı-seçkilik və müsəlman azlıqlara yönəlik təzyiqlərə qarşı mübarizə məsələsində ortaq səyləri koordinasiya etməyi qərara aldılar: - Nəqliyyat, ticarət, enerji, xalqlar arasında təmas, təhsil, sosial və mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlıq inşa etmək səylərində hökumətlərə ətraflı dəstək vermək məsələsində konsensusa gəldilər; - COVID-19 pandemyiasının geniş miyqaslı təsirləri ilə bağlı müzakirə apardılar, informasiya və ən yaxşı təcrübələri dəstəkləməkdə razılığa gəldilər və bu problemlə əhatəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə çağırış etdilər; - Müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdilər; - Ermənistanın Azərbaycana mina xəritələrini verməyi rədd etməsini qınayaraq, azad edilmiş torpaqların yenidən inşası və məcburi köçkünlərin evlərinə qaytarılması səylərində Azərbaycan ilə tam həmrəylik içində olduqlarını vurğuladılar”. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İkinci Üçtərəfli görüşünün 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçirilməsi qərara alınıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyul, 2021 11:13 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |