|
|
Dil Komissiyası yanında Monitorinq Mərkəzinin saytların monitorinqinə dair hesabatı təqdim edilibDövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə "Saytların dil mənzərəsi" adlı tədbir keçirilib. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, dilçi alimlər, dövlət və özəl saytların nümayəndələri iştirak ediblər. Mərkəzin direktoru Sevinc Əliyeva bildirib ki, keçən dövr ərzində Azərbaycan dilinin saflığının qorunması və dilimizin düzgün tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O, 60-dan artıq saytın dili ilə bağlı aparılan monitorinqlərin nəticələrinin əks olunduğu hesabatda 5 mindən artıq dil faktının aşkarlandığını diqqətə çatdırıb. Mərkəzin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, dosent Şahlar Məmmədov monitorinqlərin nəticələrinə həsr olunmuş "Saytların dil mənzərəsi" adlı hesabat məruzəsi ilə çıxış edib: "Monitorinqlərin aparılmasında məqsəd saytlarda ədəbi dil normalarının gözlənilməsi ilə bağlı olub. Burada leksik, orfoqrafik, qrammatik normaların pozulmasına diqqət yetirilib. Ortaya çıxan problemlər redaktor institutunun zəifliyi ilə bağlıdır". O, norma pozuntuları, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra çıxış edən Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri Möhsün Nağısoylu qeyd edib ki, saytlarda, reklamlarda, TV-lərdə ədəbi dilin normaları pozulur: "Burada korrektor və redaktor işi məsələsi var və peşəkarlıq əsasdır. Sovet dövründə bu qədər pozuntular olmurdu. Orada işləyənlərin hamısı isə peşəkarlar idi". Sonda tədbirdə iştirak edən digər qonaqlar saytların dil mənzərəsini əks etdirən hesabatın nəticələrinə münasibət bildirib və internet resurslarında ana dilinin tətbiqi ilə bağlı yaranan problemlərdən danışıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2021 12:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |