|
İrandan İraqdakı müqəddəs məkanlara ziyarət turları bərpa edilirİrandan Kərbəla və Nəcəfə ziyarət turları bərpa edilir.Ahlibeyt.az-ın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib. İraqa səfərinin nəticələri barədə açıqlama verən İran rəsmisi bu ölkənin rəsmiləri ilə ziyarət turlarının bərpası barədə razılığın əldə edildiyini bildirib. S. Xətibzadənin sözlərinə görə, bu ziyarət turları koronavirus pandemiyası ilə bağlı sağlamlıq tələblərə əməl etmək şərtilə məhdud şəkildə həyata keçiriləcək. İran və İraq rəsmiləri arasındakı görüşdə gündəmə gətirilən digər bir məsələ İraq vizasının ləğvi olub. Bu barədə İran XİN-in sözcüsü Xatibzadə bildirib: " Biz vizanın ləğvi barədə qərar verdik və İraq tərəfinin qərarını gözləyirik. Əlbətdə ki, bununla bağlı heç bir problem yoxdur və hüquqi proseslər aparılmalıdır. Buna görə, zəvvarlarının hərəkətini asanlaşdırmaq üçün Ərbəin ziyarəti dövründə iki ölkənin vizalarının 45 gün müddətinə ləğvi barədə razılığa gəlinib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2021 12:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |