|
İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Dövlət Məşğulluq Xidmətlərinin 3-cü iclası keçirilibİslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Dövlət Məşğulluq Xidmətlərinin 3-cü iclası virtual formatda keçirilib. İƏT-in İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SESRİC) və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin İş Qurumu Baş İdarəsinin təşkil etdiyi iclasda 36 məşğulluq xidməti qurumundan 70 nümayəndə iştirak edib. Ahlibeyt.az-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin məlumatında bildirilir ki, iclasda dövlət məşğulluq orqanlarının potensialının gücləndirilməsinin vacibliyi, əmək bazarında yaranan problemlərin həlli, işsizliyin azaldılmasında qurumlar arasında əməkdaşlığın rolu müzakirə edilib. İƏT-ə üzv olan ölkələrin Dövlət Məşğulluq Xidmətləri arasında “2021-2022-ci illər üçün Fəaliyyət Planı” və “Əməkdaşlıq üçün Prosedur qaydaları” qəbul edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədr müavini Nihad Muxtarlı iclasda agentlik tərəfindən görülən işlər barədə məlumat verib. O, prosedur qaydalarının icrası üzrə qarşılıqlı əməkdaşlıq müstəvisində müvafiq işlərin görüləcəyini deyib. 2021-2022-ci illər üçün imzalanmış Fəaliyyət Planının əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və dövlət məşğulluq xidmətlərinin təkmilləşdirilməsidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2021 10:00 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |