|
|
Media-tur iştirakçıları erməni vandallığının qurbanı olan Qiyaslı məscidində olublar
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Ağdam şəhərinə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlər Ağdam rayonu Qiyaslı kənd məscidinə baş çəkiblər. Ahlibeyt.az-ın məlumatına görə, APA-nın media-turda iştirak edən əməkdaşı xəbər verir ki, məscidə baxış keçirilib, ermənilərin burada törətdiyi vandallıq əməlləri barədə məlumat verilib, tədbir iştirakçıları bu əməllərin əlamətlərini öz gözləri ilə görüblər. Ermənilər buranı işğal altında saxladığı müddətində məscidi dağıdıb, minarələrini uçurub. İşğal altında olan digər yerlərdə olduğu kimi bu ibadətgahda da heyvan saxlayan ermənilər ərazini tərk edəndə məscidi yandırıblar. XVIII əsrə aid olan məscid 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb. Qeyd edək ki, media-turun məqsədi mədəni irsin vəziyyəti ilə tanış olmaqdır. Səfərdə media nümayəndələri ilə yanaşı, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və digər dövlət qurumlarının əməkdaşları, arxeoloqlar iştirak edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyun, 2021 17:35 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |