|
|
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyət göstərəcəkXX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” bundan sonra fəaliyyətini Ədəbiyyata Dəstək Fondu kimi davam etdirəcək. Xatırladaq ki, Mir Cəlalın məşhur əsərləri, o cümlədən “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı”, həmçinin bir çox populyar satirik hekayələri bu evdə qələmə alınmışdır. Həmin evdə anadan olmuş yazıçının oğlu akademik Arif Paşayev 2017-ci ildə evi bərpa edərək mədəniyyət ocağı kimi istifadəyə verib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC-a “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva deyib. Fondun Himayəçilik Şurasının üzvləri Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva, həmin universitetin professoru Təhsin Mütəllimov və “ADA” Universitetinin rektoru Hafiz Paşayevdir. Şuranın qərarı ilə fondun icraçı direktoru vəzifəsinə “ADA” Universitetinin müəllimi Şəfəq Mehrəliyeva təyin olunub. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edəcək tədbirlər həyata keçirəcək. Fond gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq niyyətindədir. Bu barədə professor Təhsin Mütəllimov bildirib: “Zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılara nümunə olacağına ümid edirik. Onun qələminin əsas müraciət ünvanı - insanlıq fəlsəfəsinin təlqini bu gün də olduqca aktualdır. Gənclərimizin bu və digər mövzulara müraciət edərək ustadımızın ənənələrini yaradıcı şəkildə davam etdirəcəklərini gözləyirik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2021 10:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |