|
|
Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılırBu gündən etibarən Azərbaycan vətəndaşları yeni koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır. Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Martın 11-də Azərbaycanın baş naziri Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan respublikamıza idxalı ilə bağlı sərəncam imzalayıb. Bundan sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın peyvəndini istifadə üçün təsdiq edib. “Sputnik V” vaksinləri Azərbaycana mayın 2-də gətirilib. Qeyd edək ki, vaksin 65 ölkə tərəfindən tanınıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2021 09:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |