|
|
Şuşada bayram namazı qılınıb VİDEOİşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra ilk dəfə Ramazan bayramı namazı qılınıb. Ahlibeyt.az xəbər verir ki, bayram namazı "Yuxarı Gövhərağa" məscidində Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb. Bayram namazından sonra Hacı Şahin Həsənli xütbə söyləyib və dualar oxunub. Bayram namazı Azərbaycanda fəaliyyət göstərən bir çox televiziya kanalları vastəsilə canlı olaraq yayımlanıb. Qeyd edək ki, Qarabağın mirvarisı Şuşada İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını Bakı Media Mərkəzi həyata keçirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2021 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |