|
Lavrov: “Minalanmış ərazilərin xəritəsi, eləcə də humanitar məsələləri həll etmək üçün buradayıq”
“Nasistlərin qəhrəmanlaşdırılması qəbuledilməzdir”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib. Nazir qeyd edib ki, Ermənistan BMT-nin qətnamələrinə əməl etmir: “Bu ölkədə Qaregin Nijde qəhrəmanlaşdırılır. Bu, ksenofobiyanın, radikal millətçiliyin təzahür formasıdır. Ermənistanda beynəlxalq terrorçuların qəhrəmanlaşdırılması təcrübəsi var. Biz hesab edirik ki, ksenofobiyanın müxtəlif təzahür formaları Ermənistanda mövcuddur. Bu ilin fevral aynda Ermənistanda Holokost abidəsi təhqir olunub, eyni zamanda, Mahatma Qandinin abidəsinə qarşı da vandalizm aktı törədilib. Bütün bunlar erməni cəmiyyətində bu problemlərin nə qədər dərin olduğunu göstərir. Onlar bu barədə daha çox fikirləşməlidir ki, bunun sonu necə olacaq”. “Minalanmış ərazilərin xəritəsi, eləcə də humanitar məsələləri həll etmək üçün buradayıq”, - bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib. Rusiyalı nazir hesab edir ki, humanitar məsələlərə minalanmış ərazilərin xəritəsinin verilməsi, həlak olanların meyitlərinin qalıqlarının və əsirlərin qaytarılması da daxildir: “Artıq ilk addımlar atılıb. Hesab edirik ki, bu problem tezliklə həll olunacaq”. S. Lavrov harada baş verməsindən asılı olmayaraq, nasizmin qəhrəmanlaşdırılmasını pislədiklərini bəyan edib: “Rusiya bir sıra Avropa və NATO ölkələrində də nasizmin qəhrəmanlaşdırılmasına qarşı çıxır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2021 15:47 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |