|
Azərbaycanda dini konfessiya rəhbərlərinin Məşvərət Şurası təsis edilibMayın 10-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib. Ahlibeyt.az-ıın xəbərinə görə, QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin iştirak etdiyi yığıncağın gündəliyinə Məşvərət Şurasının təsis edilməsi; Məşvərət Şurasının üzvlərinin təsdiqi və Sədrinin seçilməsi; Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurasının Əsasnaməsinin təsdiq edilməsi məsələləri daxil olub.
Çıxış edən dini konfessiya rəhbərləri də Məşvərət Şurasının yaradılmasının dinlərarası və din-dövlət münasibətlərinin təkmilləşdirilməsində vacib rol oynaya biləcəyini qeyd etdilər. Yığıncaq yekdilliklə qərara aldı ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası yaradılsın. Şeyxülislam Allahşükür Paşazadə məlumat verib ki, təsis yığıncağında iştirak edən şəxslər ölkəmizdəki əsas dini konfessiyaların rəhbərləridir və onların öz konfessiyalarını ölkə səviyyəsində etibarnaməsiz təmsil etmək hüquqları var. Həmin şəxslərin Məşvərət Şurasına üzv seçilmələri mövcud praktikaya və Məşvərət Şurasının hazırlanmış əsasnamə layihəsinin göstərişlərinə zidd olmazdı. Müzakirə və çıxışlardan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri kimi təsdiq ediliblər. Müəyyən edilib ki, Məşvərət Şurasının tərkibi açıqdır və Məşvərət Şurasının Əsasnaməsini qəbul edən Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların da müəyyən edilmiş qaydada həmin Məşvərət Şurasına daxil olmaq üçün müraciətlərinə baxıla bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2021 14:21 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |