|
“Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilibTəhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə əməkdaşlığı ilə “Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib. Ahlibeyt.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin məlumatında bildirilib ki, proqram çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən şagird və tələbələr üçün “Enerji içkilərinin insan orqanizminə təsiri” mövzusunda ilk vebinar keçirilib. Tədbirin keçirilməsində məqsəd enerji içkilərinin insan orqanizminə zərəri, uşaq və gənclər arasında bu istiqamətdə təlim-tərbiyə və təbliğat işlərinin gücləndirilməsindən ibarət olub. Görüşdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri, dərnək rəhbərləri, məktəblilər, Bakı Dövlət Universitetinin tələbələri, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin könüllüləri iştirak ediblər. Tədbir iştirakçılarına enerji içkilərinə dair sanitariya norma və qaydaları, onların daşınma, qablaşdırma və etiketlənmə qaydaları, həmçinin insan orqanizminə təsiri haqqında ətraflı məlumat verilib. Vebinarda institut əməkdaşları tərəfindən həyata keçirilən maarifəndirici tədbirlərdən bəhs edilib, qida təhlükəsizliyi mövzusunda sosial videoçarx təqdim olunub, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2021 11:16 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |