|
|
Alban xristian abidələrinin ermənilər tərəfindən planlı şəkildə təhrif olunması tarixi həqiqətdirAzərbaycan dövləti bütün zamanlarda öz müsəlman mədəniyyətinə və islama qədər olan, o cümlədən xristian keçmişinə aid mədəni irsinə Azərbaycan xalqının irsi kimi diqqət və hörmətlə yanaşıb, onu qoruyub. Və bu baxımdan torpaqlarımızdakı xristian abidələrinin guya dağıdılması barədə bəzi dairələrin riyakarcasına fəryad qoparmaları təəccüb doğurmaya bilməz. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinarda çıxışında söyləyib. O deyib: “Üstəlik hələ sovet dövründən bəri, xüsusən də işğal dövründə xristian keçmişin əksər nümunələrinə erməniləşdirmə məqsədilə erməni saxtakarları tərəfindən yenidən “əl gəzdirilib” və onlar manipulyasiyaya məruz qalıb. Alban xristian abidələrinə gəldikdə isə tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə bu abidələrin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin “sübutlarına” çevrilməli olan yeni yazıların həkk edilməsindədir”. Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən vebinar 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2021 12:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |