|
|
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilibİslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) ilə təşkilat üzrə Azərbaycan Milli Komissiyasının birgə virtual iclasında tərəflər arasında elm, texnologiya və innovasiyalara dair planın icrası və həyata keçiriləcək proqramlar müzakirə edilib. Ahlibeyt.az-ın xəbərinə görə, ICESCO-nun mərkəzi qərargahından AZƏRTAC-a bildiriblər ki, təşkilatın elm və texnologiyalar şöbəsinin rəhbəri Rəhil Qəmər, şöbənin baş məsləhətçisi Fuad Əl-Ayni, Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə və komissiyanın üzvü Leyla Tağızadənin iştirak etdikləri müzakirələrdə Azərbaycanda mühəndislik üzrə treninqlərin keçirilməsi, tibbi və bioloji avadanlıqların, habelə qabaqcıl diaqnostika aparatlarının istifadəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bu ilin iyulunda Bakıda treninq proqramının həyata keçirilməsi, o cümlədən gənclər arasında texnologiya və innovasiya sahəsində kiçik sahibkarlığın inkişafı üzrə üçgünlük düşərgənin təşkili barədə təklifləri müzakirə ediblər. Azərbaycanın Kənd Təsərrüfatı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ilə birgə həyata keçiriləcək proqrama, həmçinin gənclərin öz layihələrini təklif edəcəyi altı həftəlik kurslar salınıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2021 13:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |