|
|
İndiyədək təqdim edilən şəhid ailəsi vəsiqələrinin sayı açıqlanıb“Bu günə qədər 44 günlük Vətən müharibəsinin 2 342 şəhid ailəsinin 4 294 üzvünə şəhid ailəsi vəsiqələri təqdim edilib”. Ahlibeyt.az “Report”a istinadən xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov “Sosial saat”da çıxışı zamanı deyib. O qeyd edib ki, proses davam edir: "Əməkdaşlarımız səyyar şəkildə yerindəcə şəhid ailələrinin üzvləri ilə görüşüb xidmət göstərirlər”. Qeyd edək ki, şəxsin şəhid hesab edilməsi üçün tələb olunan sənədlər əsasında şəxsə şəhid, ailə üzvlərinə isə şəhid ailəsi üzvü statusu verilməsi barədə 1 aydan gec olmayaraq arayış verilir. Həmin arayış əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli struktur bölmələri tərəfindən şəhid ailəsi vəsiqəsi verilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2021 12:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |