|
|
QMİ-nin internet televiziyası fəaliyyətə başlayıbQafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni layihəsi olan "114 TV" internet televiziyası Ramazan ayının 1-dən (aprelin 14-dən) etibarən fəaliyyətə başlayıb. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə SalamNews-a QMİ-dən məlumat verilib. Bildirilib ki, bu münasibətlə QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə internet televiziyaya xeyir-dua verib. QMİ sədri deyib ki, kanalın adının 114 olması Allah-təalanın Ramazan ayında nazil etdiyi Qurani-şərifin surələrinin sayı ilə bağlıdır: “İnanıram ki, bu televiziyada bizim din xadimlərimiz, qazilərimiz, imamlarımız və dindarlarımız yaxından iştirak edəcək və insanlara, dindarlara dini tam və düzgün şəkildə çatdırmağa köməklik göstərəcəklər. Burada işləyənlərin və zəhmət çəkənlərin hamısına öz təşəkkürümü bildirirəm. Eyni zamanda televiziyada çıxış edənlərə, iştirakçılara və moizə edənlərə də öz minnətdarlığımı bildirirəm”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2021 14:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |