|
“YAŞAT” Fondunun şəhid, yaralı və itkin ailələrinə yönəltdiyi vəsaitin həcmi açıqlanıb“YAŞAT” Fondunun fəaliyyət istiqamətləri üzrə 1 aprel 2021-ci il tarixinədək 16 milyon 718 min 386,33 manat vəsait 1210 şəhid ailəsi üzvü, 1424 yaralı və 3 itkin ailəsi üzvünün məişət şəraitinin yaxşılaşdırılmasına, 32 şəhid ailəsi üzvünün, 1 yaralının təhsil, 479 şəhid ailəsi üzvünün, 322 yaralı və 2 itkin ailəsi üzvünün istehlak kreditləri, 401 şəhid ailəsi üzvü və 97 yaralının tibbi xərclərinə yönəldilib. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrupun iclasında açıqlanıb. İclasda Türkiyə və İsraildən dəvət olunmuş həkimlər tərəfindən yaralıların müayinələrinin aparılması, onların müalicəsi və protezlərlə təminatı, ağır yaralıların müalicə və əməliyyat olunması məqsədi ilə Türkiyəyə göndərilməsi sahəsində görülmüş işlər də qeyd edilib. “YAŞAT” Fondu və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 min manat dəyərində 4000 qutu Novruz sovqatları paylanıldığı bildirilib, digər dəstək istiqamətlərində görülmüş işlər diqqətə çatdırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2021 13:10 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |