|
Azərbaycan Ombudsmanı Türkiyədən ölkəmizə dəvət olunmuş psixoloqlarla görüşübAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasından ölkəmizə dəvət olunmuş bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt mütəxəssislərlə görüş keçirib. Ahlibeyt.az-ın Ombudsman Aparatının Mətbuat xidmətinə istinadən xəbərinə görə, həmin mütəxəssislər 44 günlük Vətən Müharibəsi və erməni terroru nəticəsində fiziki və mənəvi zərər çəkmiş hərbi qulluqçularımız və onların ailələrinə psixoloji yardım göstərilməsi məqsədi ilə Azərbaycana səfərə gəliblər. Görüş zamanı Ombudsman Səbinə Əliyeva bu məqsədlə ölkəmizə səfər etdiklərinə və dəvətini qəbul edərək Ombudsman Aparatında görüşdə iştirak etdiklərinə görə Türkiyəli mütəxəssislərə təşəkkürünü bildirib. Həkim-psixoloqlar dəvətə və göstərilən diqqətə görə Ombudsmana minnətdarlıq ediblər. Qeyd olunub ki, Vətən müharibəsi dövründə qardaş ölkənin xalqımıza olan mənəvi dəstəyi Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəm olmasının daha bir sübutudur. Habelə görüşdə iştirak edən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən uşaq, qadın və yaşlılar da daxil olmaqla qətlə yetirilmiş azərbaycanlı mülki şəxslər, o cümlədən ziyan dəymiş mülki obyektlər barəsində məlumatlandırılıb. Yekun olaraq, Ombudsman tərəfindən qonaqlara təsisatın loqosu əks olunmuş xatirə hədiyyələri və sertifikatlar təqdim olunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2021 10:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |