إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“YAŞAT” Fonduna daxil olan vəsaitin 14 milyon manatdan çoxu xərclənib

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

Ahlibeyt.az "Report"a istinadən xəbər verir ki, indiyədək fondda 30 438 901,64 manat toplanıb.

Həmin vəsaitdən 16 434 136,55 manat fiziki şəxslər, 14 004 765,09 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 14 384 996,29 manatı xərclənib. Vəsaitin qalığı isə 16 053 905,35 manatdır.

Bildirilir ki, Fond tərəfindən indiyədək 2 775 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günədək 4 882 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 2 133 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 13 692-dir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2021  14:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!