|
Son 10 ildə Naxçıvan əhalisinin sayı 51,4 min nəfər artıbSon illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunmuş davamlı inkişaf, həyata keçirilən islahatların səmərəliliyi, səhiyyə sistemində aparılan qabaqcıl tədbirlər yaşayış səviyyəsinin və güzəranın yaxşılaşdırılmasına, əhali artımına əlverişli şərait yaradıb. Ahlibeyt.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada 1 yanvar 2021-ci il tarixə əhalinin sayı 2010-cu ilin sonu ilə müqayisədə 51,4 min nəfər artaraq 461,5 min nəfər olub. Ümumi əhalinin 95,1 min nəfəri Naxçıvan şəhərində, 117,9 min nəfəri Şərur, 76,5 min nəfəri Babək, 50,3 min nəfəri Ordubad, 47,3 min nəfəri Culfa, 33 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 16,1 min nəfəri isə Sədərək rayonlarında qeydə alınıb. Əhalinin 230,5 min nəfərini kişilər, 231 min nəfərini isə qadınlar təşkil edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2021 11:29 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |