|
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi : “Saytlarda aparılan monitorinqlərin nəticələrinə görə, vəziyyət elə də qənaətbəxş deyil”Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi KİV-də aşkarlanan qüsurlara görə kimlərin cərimələnəcəyini açıqlayıb. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, mərkəzin direktoru Sevinc Əliyeva bildirib ki, nitqdə səhvlər olduğu halda bir neçə dəfə xəbərdarlıq olunacaq: "Məqsədimiz cərimələmək deyil. Amma xəbərdarlıqlara baxmayaraq qüsurlar davam edərsə, cərimə aparıcılara , jurnalistlərə tətbiq olunmayacaq. Həmin şəxslərin çalışdığı qurum cərimələnəcək". S. Əliyeva qeyd edib ki, saytlarda aparılan monitorinqlərin nəticələrinə görə, vəziyyət elə də qənaətbəxş deyil: "Bizi narahat edən məsələ dil normaları dediyimiz orfoqrafik və orfoepik qaydalardan çox leksik və sintaktik normaların pozulmasıdır ki, bu, artıq çox ciddi məsələdir". Qeyd edək ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Mart, 2021 12:46 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |