|
|
“Azərbaycanda dövlət-din münasibətləri” kitabı çapdan çıxıbAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun “Azərbaycanda dövlət-din münasibətləri” kitabı nəşr olunub. Ahlibeyt.az-ın xəbərinə görə, İnstitutun məlumatında bildirilir ki, monoqrafiyada Azərbaycanda dövlət-din münasibətlərinin tarixi nəzəri və hüquqi aspektlərdən tədqiq edilir. Eyni zamanda, Azərbaycanda dünyəvilik prinsipinin tarixi kökləri araşdırılır, müasir dövrdə bəşəriyyətdə mövcud dövlət-din münasibətlərinin modelləri müqayisə edilir. Əsərdə, həmçinin müstəqillikdən sonra Azərbaycan Respublikasında din siyasətinin prioritetləri, əsas amilləri və bu siyasətin dinamikliyi müəyyənləşdirilir. Monoqrafiya sosial və siyasi elmlər sahəsində çalışan tədqiqatçılar, sosioloqlar, tarixçilər, dinşünaslar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, Aİİ ilahiyyat sahəsində tədqiqat əsərlərinin nəşrinə xüsusi diqqət yetirir. Belə ki, ali təhsil müəssisəsi yaradıldığı gündən bu sahədə tanınmış alimlərin kitablarının nəşrini həyata keçirir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2021 13:20 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |