|
|
Fevralın 26-da paytaxt məktəblərində ilk dərslər Xocalı soyqırımının ildönümünə həsr ediləcəkFevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr ediləcək. Bununla bağlı Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilib. Ahlibeyt.az-ın xəbərinə görə, Təhsil İdarəsinin məlumatında bildirilir ki, Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçiriləcək. Həmçinin Bakı şəhərində Xocalı faciəsinə dair virtual rəsm müsabiqəsi və sərgilərin təşkil edilməsi nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Fevral, 2021 11:39 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |