|
Milli Məclisə yeni mətbuat katibi TƏYİN OLUNDUMilli Məclis Aparatında dəyişiklik olub - Mehman Qayıbov parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib. Ahlibeyt.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əliyev(Ceyhun Əli) öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb. Onun yerinə isə Mehman Qayıbov təyin edilib. C. Əli APA-ya açıqlamasında öz ərizəsi ilə işdən azad edildiyini təsdiqləyib və bildirib ki, yaradıcı insan kimi ötən dövr ərzində televiziyada fəaliyyət göstərib, bundan sonra da televiziya sahəsində çalışmaqla Milli Məclislə əməkdaşlığı sırf piar layihələr formatında davam etdirəcək. Qeyd edək ki, Mehman Qayıbov bu təyinatadək parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışıb. M.Qayıbov 2-ci dərəcə dövlət müşaviridir. Uzun müddətdir parlament Aparatında çalışan M.Qayıbov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. M.Qayıbov jurnalistlərə açıq fəaliyyəti ilə seçilib. Xatırladaq ki, Ceyhun Əli 2020-ci ilin mayında Milli Məclisə mətbuat katibi - Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu. Ceyhun Əli həmin vaxtadək İctimai Televizyada aparıcı olaraq çalışıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Fevral, 2021 11:33 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |