|
|
“Virtual məktəb”də Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar şagirdlər üçün vebinar keçiriləcəkFevralın 9-da “Virtual məktəb”də Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar şagirdlər üçün vebinar keçiriləcək. Ahlibeyt.az-ın məlumatına görə, Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, V-XI sinif şagirdləri üçün nəzərdə tutulan vebinarın məqsədi onları qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, “Kaspersky”, “Microsoft” və “Azercell” şirkətlərinin iştirakı ilə təşkil olunacaq vebinarda mövzu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaq və şagirdlər tərəfindən verilən suallar cavablandırılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Fevral, 2021 13:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |